Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Azərbaycana dəymiş zərərin ödənilməsi məsələsi öz həllini tapmalıdır”
“Azərbaycana dəymiş zərərin ödənilməsi məsələsi öz həllini tapmalıdır”

“Laçın rayonunun da faktiki olaraq Azərbaycan ordusu tərəfindən azad edilməsi Azərbaycan xalqının və dövlətinin nəyə qadir olduğunu sübut edir”.

Bunu Bizimyol.info-ya açıqlamasında politoloq Zaur Məmmədov bildirib.

Zaur Məmmədov Zaur Məmmədov

Politoloq qeyd edib ki Ermənistan Laçın rayonunu Dağlıq Qarabağa dəhliz kimi işğalda saxlamaq istəyirdi: “Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatları nəticəsində təslim olan Ermənistanın baş nazirinin çıxış yolu qalmadı. Əks təqdirdə Milli Ordu əraziləri işğaldan azad edəcək.

Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycana dəymiş zərərin ödənilməsi məsələsi öz həllini tapmalıdır. Tarix abidələrin dağıdılması və sərvətlərin qeyri-qanuni mənimsənilməsi ilə bağlı təzminat tələb ediləcək.

Düşünürəm ki bu məsələ yaxın vaxtlarda imzalanacaq sülh müqaviləsində öz əksini tapa bilər”.

Ramid İbrahimov

Son xəbərlər
Bütün xəbərlər »