Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Müharibə qurtardı: Sonrakı mərhələ nə olacaq?..
Müharibə qurtardı: Sonrakı mərhələ nə olacaq?..

İşğaldan azad edilən torpaqlarımız Azərbaycanın ən məhsuldar torpaqlarıdır. Dşmən əlində abad yurdlarımız xərabələrə, bağlarımız göz dağlarına dönsə də çox keçmədən quran əllər oranı yenidən gülüstana çevirəcək.

Adətən, dağlıq relyefə malik mineral resursların istifadə olunduğu coğrafiyalarda turizm sektorunun potensialı daha az nəzərə çarpır. Buna baxmayaraq Kəlbəcər-Laçın iqtisadi rayonu mədən yataqları və turizm potensialı ilə unikal ahəngdarlığa malikdir. Qubadlı rayonu da adıçəkilən xüsusiyyətləri özündə cəmləşdirməyi bacarır. Kəlbəcər və Zəngilan rayonu kimi Qubadlı rayonu da bu zonada təbii yataqları ilə fərqlənir. Qubadlı rayonunda mişar daşı, gil, tikinti daşı, üzlük daşı, əlvan daşı və şirin yeraltı su ehtiyatları mövcuddur. Bərgüşad, Həkəri çayları və onların qolları (Ağa çay, Kiçik Həkəri, Meydan dərəsi və s.) axır. Sözügedən çay suvarma və su elektrik stansiyası üçün əlverişlidir. Belə ki, Ermənistanın işğalçılıq siyasətinin tərkib hissəsi olan iqtisadi cinayətkarlıq sözügedən çayların istismarı ilə də bağlıdır. Belə ki, 2009-cu ildə inşasına başlanılan üç su elektrik stansiyası 2011-ci ildə fəaliyyətə başlayıb.

Eldəniz Əmirov Eldəniz Əmirov

İqtisadçı Eldəniz Əmirov hesab edir ki, Qarabağın, eləcə də ətraf rayonların Ermənistanla əlaqəsinin Laçın üzərindən edilməsi buranın iqtisadi təşəkkülünə öz təsirini göstərəcək:

"Bizim “Laçın dəhlizi” kimi tanıdığımız yol əslində Yerevan-Gorus-Laçın-Şuşa-Xankəndi yoludur. Kəlbəcər və Qubadlı kimi digər rayonlar da bu yola birləşir. Perspektivdə bu yolun daha da genişləndiriləcəyini və rus sülhməramlılarının bu dəhlizdə əbədi qalmayacağını, tədricən münasibətlərin fərqli istiqamətdə inkişaf edəcəyini nəzərə alsaq, deyə bilərik ki, bir müddət sonra Laçın ticarət fəaliyyətlərindən bəhrələnən bir rayon olacaq. Çünki bu gün daha çox hərbi münaqişədə adı hallanan bu marşrut bir gün öz təyinatını ticari münasibətlərə və yükdaşımaya dəyişəcək. Bu gün bu mənzərəni təsəvvür etmək çətin olsa da, amma tarix bunu göstərir ki, belə keçidlər, əvvəl müharibələrə, sonra ticarətə xidmət edir. Məsələn, illərboyu müharibələrin xidmətində duran Xudafərin körpüsü artıq təyinatını çoxdan dəyişib. Odur ki, Qarabağın, eləcə də ətraf rayonların Ermənistanla əlaqəsinin bu cografiya üzərindən edilməsi buranın iqtisadi təşəkkülünə öz təsirini göstərəcək. Çünki burada təkcə əmtəə bazarının yüksəlişi deyil, eyni zamanda kontraktasiya müqavilələrinin bağlanması üçün çox əlverişli mühit yaranacaq".

Kəlbəcərdən olan həkim Azər Mustafayev hesab edir ki, Qarabağda müharibədə qələbə çalmaq üçün ən əsas 2 strateji rayon var idi - Kəlbəcər və Ağdam. Amma Kəlbəcərin başqa bir üstünlüyü bu ərazidə su ilə ən zəngin rayon olmasıdır. Xəritədə qırmızı ilə göstərilən ərazi Ermənistanın su təhlükəsizliyi üçün çox əhəmiyyətlidir. Yəni Sevan gölünü qurudacaq qədər strateji bir açar var əlimizdə. Bu hissələrdə yaşayış olmayıb və Murov qədər olmasa da kifayət .

Elçin Alıoğlu Elçin Alıoğlu

Araşdırmaçı jurnalist Elçin Alıoğlunun fikrinə görə, Ermənisanın elektroenerjiyə tələbatının 11,3 faizi Qarabağdakı 6 elektrostansiya hesabına ödənirdi. Həmin stansiyaların 3-ü Kəlbəcərdə, biri Suqovuşanda, ikisi də Laçındadır.

“Yəni Ermənistan 5 hidroelektrostansiyadan aldığı elektroenerjini birdəfəlik itirib.

Ermənistanın taxıla olan ehtiyacının 25 faizi Qarabağ hesabına ödənirdi. Artıq bu, mümkün deyil, çünki Hadrut, Fizuli, Kəlbəcər, Zəngilan və Qubadlı rayonlarındakı tarlalardan ermənilər məşrum oldular.

Və ən nəhayət, Ermənistan dünya şərab bazarına çıxardığı, 8 ölkədə satdığı "Kataro" şərab brendini də itirdi.

"Kataro" şərabları Hadrutun Tuğ kəndində istehsal olunur. Həmin kəndsə erməni işğalından qurtulub.

... Qarabağlı tiqranoidlər bu qışı yayın məhsulu hesabına başa vuracaqlar.

Gələn ilin yayında isə onlar çox ciddi, çox ağır ərzaq qıtlığı ilə qarşılaşacaq və bütünlüklə yardımlardan asılı olacaqlar.

Çünki onların əkin-biçin üçün yararlı torpaqlarının toplam sahəsi əvvəlki illərlə müqayisədə 87 faiz azalıb”.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »