Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Erməni valideynlər İlham Əliyevdən kömək istəyir
Erməni valideynlər İlham Əliyevdən kömək istəyir

Ermənistan ordusu ikinci Qarabağ müharibəsindən böyük itkilərlə çıxıb. Hələ də yüzlərlə əsgərdən xəbər yoxdur.

Bizimyol.info xəbər verir ki, erməni valideynlər az qala hər gün etiraz aksiyası keçirir. Onlar Ermənistan hökumətindən, Müdafiə Nazirliyindən müfəssəl məlumat, itkinlərin axtarılması ilə bağlı əməli iş tələb edir. Dekabrın 1-də Eçmiadzində (Üçkilsə) baş tutan növbəti etitaz aksiyasında valideynlərin qarşısına hərbi hissəsinin qərargah rəisi Kamo Malxasyan çıxıb. O, dekabrın 2-də Zəngilanda axtarışların başlayacağını bildirib. Amma valideynlər ona inanmayıb. Onlardan biri jurnalistlərə 40 gündən çoxdur oğlundan xəbər ala bilmədiyini deyib.

“Telefon nömrəsi cavab vermir. Çox yerlə əlaqə saxlayırıq, konkret söz deyən yoxdur. Sual verirsən, üzünə baxırlar. Ölkənin birinci şəxsi cavab verə bilmir heç. Biz Putindən, Trampdan və ya Baydendən kömək diləməyə hazırıq. Fərqi yoxdur. Valideynlər var ki, hətta Əliyevdən yardım istəməyə hazırdır. Neyləsinlər, başqa variant yoxdur. İnsanlar uşaqları üçün hər şeyə gedirr”.

Valideynlər deyir ki, hökumət işi çətinə salmağa çalışır. Nazirlikdən məsələnin ya danışıqlar, ya da müharibə yolu ilə həll oluna biləcəyini söyləyiblər. Valideynlər düşünür ki, hökumət bu dilemma ilə onları susdurmağa çalışır.

Son xəbərlər
Bütün xəbərlər »