Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
DYP: Avtobus zolaqlarında digər avtomobillərin hərəkəti inzibati xətadır - Video
DYP - Dövlət Yol Polisi

Bakının Səbail rayonunda, Mikayıl Hüseynov küçəsindən Azneft dairəsinə doğru avtobusların sərbəst hərəkəti üçün ayrıcı zolaq yaradılıb.

“Report”un məlumatına görə, bununla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin (DYP) Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov jurnalistlərə açıqlama verib.

Onun sözlərinə görə, bu zolaq üzrə müvafiq yol nişanları və işarələr qoyulub ki, ictimai nəqliyyat vasitələrinin sərbəst hərəkəti təmin edilsin: "Paytaxt ərazisində bir neçə yerdə bu kimi avtobus zolaqlarının olması ictimai nəqliyyat vasitələrindən istifadə edənlərin mənzil başına vaxtında çatmasını təmin edir. Bu zolaqlar üzrə digər avtomobillərin hərəkət etməsi inzibati xəta tərkibi yaradır. Eyni zamanda bu zolaqlardan hərəkət üstünlüyünə malik olan nəqliyyat vasitələri də zərurət yarandıqda istifadə edə bilər. Ərazidə xidmət aparan yol polisi əməkdaşı nizamlayıcı qismində olduğu zaman onun verdiyi göstərişlər düzgün dəqiq yerinə yetirilməlidir”.

Paylaş »
››› Rusiyada etirazlar 100-dən artıq şəhəri bürüyüb: Putin çətin sual qarşısında - Video
››› Vladimirin yerinə Aleksey, yaxud “Navalnı inqilabı” Azərbaycana nə vəd edir
››› Novruz çərşənbələrinin vaxtı açıqlandı
››› Qalib əsgər sosial problemlər içində boğulur - Maliyyə Nazirliyi nəyə lazımdır?..
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Masallı rayon Xəstəxanasının baş həkimi barəsində həbs qətimkan tədbiri seçilib
››› DİN Şəmkir polisi haqqında yayılan iddialara aydınlıq gətirdi
Son xəbərlər
Bütün xəbərlər »