Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Xankəndi ilə bağlı vacib açıqlama
Xankəndi

“Noyabrın 10-da imzalanmış birgə bəyanatda göstərilir ki, Ermənistan ordusu Dağlıq Qarabağdan tamamilə çıxarılacaq və orada nəzarəti Rusiya sülhməramlıları həyata keçirəcək.

Təbii ki, burada söhbət ermənilərin yaşadığı ərazilərdən və Laçın koridorunun bir hissəsindən gedir.

Ümumilikdə Xankəndi, Xocalı, Xocavənd də daxil olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətində olacaq”.

Bu sözləri Redaktor.az-a millət vəkili Elşad Mirbəşiroğlu deyib. O, əldə olunan razılaşmada ermənilərin yaşayacağı ərazilərin xüsusi statusunun olmadığını bildirib:

"Əgər orada status məsələsi yoxdursa, Ermənistanın həmin ərazilərdə heç bir hüququi təsiri yoxdur. Bir sözlə, Azərbaycanın digər rayonları hansı statusdadırsa, həmin ərazilər də o statusda olacaq. Ermənilər Xankəndi və digər rayonlarda ancaq Azərbaycan qanunları çərivəsində yaşayacaqlar.

Lakin əvvəllər dövlətə qarşı təxribatlarda iştirak etmiş şəxslərin mövcudluğuna son qoymaq şərti ilə. Güman edirəm ki, Rusiya sülhməramlıları Azərbaycanla əməkdaşlıq çərçivəsində bu məsələləri ciddi şəkildə nəzarətdə saxlayacaqdır.

Bütün hallarda, hesab edirəm ki, Azərbaycanın ortaya qoyduğu iradə qəbul edilib. Diqqət edin, sonuncu Rusiya sülhməramlı qüvvələri Azərbaycanın nəzarəti altında Xankəndinə getdi.

Bu da onu göstərir ki, bütün proseslər Azərbaycan dövlətinin birbaşa nəzarəti altındadır. Bəzi məsələlər var ki, zamanla öz həllini tapacaq. Narahat olmağa əsas yoxdur".

Paylaş »
››› "Azərbaycan təzminat əvəzinə Zəngəzuru istəyir" - Ermənistanda həyəcan
››› Bizi yoluxdururlar, yoxsa xilas edirlər?- Vaksinin qəribə xüsusiyyətləri barədə
››› Baydenin Hacınəzəryana yüksək vəzifə verməsi Azərbaycana qarşı nə vəd edir...
››› Azərbaycanda yeni mis-qızıl yatağı kəşf edilib
››› ABŞ Krıma müdaxilə planı hazırlayır: Rusiya narahatdır
››› "Ərdoğan Afrikanı seriallarla ələ keçirir" - Britaniya mətbuatı
››› Hökumətdən 190 manatlıq birdəfəlik ödəmə ilə bağlı açıqlama
Son xəbərlər
Bütün xəbərlər »