Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Aşıq Namiqin əxlaqsız mesajlar yazdığı telefonu polisə verdim”
“Aşıq Namiqin əxlaqsız mesajlar yazdığı telefonu polisə verdim”

Xəbər verdiyimiz kimi DİN aşıq Namiq Fərhadoğlu kimi tanınan Namiq Hüseynov barəsində açıqlama verib. Belə ki, DİN Nərimanov polisinin ünvanına əsassız ittihamlar səsləndirən aşıq barədə bildirib ki,aşiq Namiq qadınlara əxlaqsız təkliflər edib, onları şantajla hədələdiyinə görə tənbehlənib.

Sosial şəbəkələrdə Namiqi müdafiə edənlər də olub, polisə haqq verənlər də. İzləyicilərdən Bənövşə Mahmudqızı baş verənlərə münasibət olaraq bir zamanlar aşıq Namiqin əxlaqsız davranışının şəxsən şahidi olduğunu qeyd edib.

“Burada qaranlıq qalanlara bildirmək istəyirəm ki, yay aylarında "Dədə Qorqud" parkında onun ailəsindən "gizlin" istifadə etdiyi sadə telefonu mən ağacların dibində tapmışdım. Telefonun yiyəsinin kim olmadığını bilmədiyim üçün telefonu zəng siyahısına və mesajlara baxası oldum. Mesaj qutusunda 1, 2, deyil, bir çox qadına "şantaj", "təhdid" xarakterli təhqir dolu mesajlar yazılmışdı. Bu mesajlar əsasən, onun iyrənc təkliflərinə "yox" dedikləri üçün idin. Mesajlardan birində xanımlara birinə digər nömrəsini yazmışdı deyə, kim olduğunu öyrənə bildim. Ona görə də telefonu ona özüm təhvil vermədim ki, mənə də "yapışmasın". Həmçinin, 102 xidmətinə zəng edərək, telefon tapdığımı bildirib, polislərin gəlib məndən telefonu təhvil almasını tələb etdim. Polislər gələndə isə telefonun mən tapdığımı qəti şəkildə həmin kəsə, yəni Aşıq Namiqə çatdırılmaması üçün xahiş etdim. Sağ olsun, polislər sözümü yerə salmadı. Onların özünə də dedim telefonda çox iyrənc mesajlar var, çoxu da şantaj və təhdid, təhqirlə dolu. Məsələ burasındadır ki, onlara məruz qalan insanlar müraciət etmədən polis iştirak edə bilmir. Çox şükür ki, aralarından kimsə öz haqqını axtardı”,- deyə sosial şəbəkə istifadəçisi yazıb.

Son xəbərlər
Bütün xəbərlər »