Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərazi bütövlüyü təmin olundu, bundan sonra... - Deputatdan açıqlama
Ərazi bütövlüyü təmin olundu, bundan sonra... - Deputatdan açıqlama

“Laçın rayonundan erməni qoşunlarının çıxması ilə üç dövlət arasında razılaşdırılmış bəyannamənin icrası əsasən təmin olundu. Azərbaycan Ordusunun həmin ərazilərə daxil olması ilə ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü bərpa olundu”.

Bunu Bizimyol.info-ya açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev bildirib.

Deputat qeyd edib ki, növbəti addımlar ərazilərin minalardan təmizlənməsi, infrastruktur layihələrinin, kommunikasiya xəttlərinin icrası, inzibati binaların, evlərin inşası və əhalinin köçürülməsindən ibarətdir: “Artıq Prezident İlham Əliyevin tapşırıqlarına əsasən işğaldan azad olunmuş ərazilərdə mina təmizləmə əməliyyatlarına, Füzuli-Şuşa, Tərtər-Suqovuşan, avtomobil yollarının, Bərdə-Ağdam dəmiryolunun tikintisinə başlanılıb.

Paralel olaraq, o bölgədə yaşayan Azərbaycan vətəndaşları olan ermənilərlə birgə yaşayış münasibətləri formalaşdırılacaqdır”.

N.Məhəməliyev bildirib ki, təzminat məsələləri ilə əlaqədar cənab Prezident qəti mövqeyini bildirib: “Bu sahədə hüquqi addımlar atılır. Azərbaycan qanunvericiliyinə uyğun olaraq, cinayət işləri açılıb. Beynəlxalq mütəxəssisləri dəvət etməklə, komissiyya yaradılacaq və dəymiş ziyanın miqyası müəyyənləşdiriləcəkdir. Yekunda beynəlxalq məhkəmələrdə iddia qaldırılacaqdır. 1949-cu il Jenevrə, 1954-cü il Haaqa konvensiyalarını, BMT Baş Assambleyasının qərarlarını kobud şəkildə pozduğuna görə Ermənistan və onun hərbi-siyasi rəhbərliyi cavab verməlidir”.

Ramid İbrahimov

Son xəbərlər
Bütün xəbərlər »