Türkiyə və Rusiya Müdafiə nazirlikləri arasında Qarabağda birgə müşahidə mərkəzinin yaradılması haqqında yekun anlaşma imzalandı.
Bizimyol.info bu barədə Türkiyə Müdafiə Nazirliyinə istinadən məlumat verir.
“Texniki detallar dəqiqləşdirildi. Bu Türkiyə- Rusiya birgə mərkəzinin əsas iş prinsiplərini əhatə edir. Birgə mərkəzin təcili şəkildə işə başlaması üçün lazımi işlər görülür”,- deyə məlumatda bildirilir.