Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yerevanda erməni hərbi əsirlərin Bakıda parada çıxarılacağını deyirlər - Politoloqdan açıqlama
Əsir erməni-əsgərləri

Bir neçə gündür ki, erməni ictimai xadimləri və siyasətçiləri erməni hərbi əsirlərin Bakıda nümayiş etdiriləcək hərbi parada çıxarılacağını deyirlər.

Rusiyada erməni diasporunun lideri Ara Abramyan hətta elan edib ki, bu məsələ ilə bağlı Rusiya prezidentk Vladimir Putinə müraciət edib.

Qeyd edək ki vaxtilə yüzlərlə alman əsirini Moskvada küçələrində keçiriblər.

Ramiyə Məmmədova Ramiyə Məmmədova

Məsələ ilə bağlı Bizimyol.info-ya açıqlama verən politoloq Ramiyə Məmmədova bildirib ki,

Azərbaycanda əsirlərə münasibət beynəlxalq hüquq və normlara uyğundur.

“Müharibə nəticəsində işğalçılıq siyasəti aparan Ermənistan rüsvayçılığa məruz qalıb. İkinci erməni dövlətinin yaranmasına imkan verilmədi. Ermənistandan fərqli olaraq Azəbaycanda əsirlər humanitar qaydalara uyğun vəziyyətdə saxlanılır.

Məğlub olmuş Ermənistanın bu məsələni qabartması bu ölkənin Azərbaycanla informasiya müharibəsini davam etdirdiyini göstərir. Erməni lobbisi azərbaycanlıları barbar kimi göstərməyə çalışır. Hətta erməni lobbisi Fransa senatında beynəlxalq hüquq və normalara qarşı çıxan və Azərbaycanın ərazi bütövlüyünü pozan qətnamə qəbul etdirdilər.

Erməni faşistlərindən fərqli olaraq azərbaycanlılar əsirlərə insani münasibət göstərir. Hətta Azərbaycan birtərəfli olaraq əsirləri Ermənistana qaytarıb.

Əsirlərin qaytarılması beynəlxalq təşkilat vasitəsilə həyata keçirirlər. Rusiya prezidenti Putinin əsirlər məsələsinə qarışacağı mümkünsüzdür”,-deyə politoloq bildirib.

Ramid İbrahimov

Paylaş »
››› “İlk zərbəni Türkiyə endirəcək, 2-3 gün çəkəcək, vəziyyət yaxşı deyil”
››› Ermənistan mağazalarında Azərbaycan etiketli məhsullar necə peyda olub... - Foto
››› "Türkiyə və Azərbaycanın qarşısında heç bir maneə yoxdur" - Abramyan
››› Bizi yoluxdururlar, yoxsa xilas edirlər?- Vaksinin qəribə xüsusiyyətləri barədə
››› Fransa erməni terrorçularını Azərbaycandan geri almaq istəyir
››› Baydenin Hacınəzəryana yüksək vəzifə verməsi Azərbaycana qarşı nə vəd edir...
››› "Azərbaycan təzminat əvəzinə Zəngəzuru istəyir" - Ermənistanda həyəcan
Son xəbərlər
Bütün xəbərlər »