Yaxın gələcəkdə təyyarə ilə səyahət etmək istəyən şəxslər mütləq şəkildə koronavirusa qarşı vaksinasiya olunmaları barədə sənəd təqdim etməli olacaqlar. Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası COVİD-19 rəqəmsal pasportunun hazırlnaması işlərini başa çatdırmaq üzrədir.
Bizimyol.info-nun məlumatına görə, Qantas, Korean Air və Air New Zealand aviaşirkətləri artıq bu layihəni bəyəndiklərini və tətbiq edəcəklərini bəyan ediblər.
Assosiasiya təmsilçiləri hesab edirlər ki, bu pasportlar sərnişinin koronavirusa qarşı vaksindən istifadəsi barədə məlumatları özündə əks etdirəcək. Bu karantin tədbirləri olmadan beynəlxalq uçuşlara imkan verəcək.
İlhamə