Mingəçevirdə dərmandan zəhərlənmə hadisəsi qeydə alınıb.
Bizimyol.info xəbər verir ki, hadisə şəhərin Vidadi küçəsində qeydə alınıb.
1987-ci il təvəllüdlü Məmmədova Leyli Cəlal qızı normadan artıq dərman preparatı qəbul edərək zəhərlənib. O, xəstəxanaya yerləşdirilib.
Verilən məlumata görə, adıçəkilən şəxs bir neçə gün öncə də zəhərlənmə diaqnozu ilə xəstəxanaya gətirilmişdi.
Faktla bağlı araşdırma aparılır.