Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qəza törədən sürücünün həyat yoldaşı dünyasını dəyişib
Qəza törədən sürücünün həyat yoldaşı dünyasını dəyişib

Hacıqabul rayonunda baş vermiş avtoqəza zamanı bir nəfər ölüb.

Bizimyol.info xəbər verir ki, hadisə Bakı-Qazax yolunun 80-ci km-də, Hacıqabul rayonunun Atbulaq kəndi ərazisində qeydə alınıb.

1947-ci il təvəllüdlü Bəylərov Elbrus Yelmar oğlunun idarə etdiyi "KIA" markalı avtomobil yoldan çıxaraq dəmir dirəyə çırpılıb. Hadisə zamanı avtomobildə olan sürücünün həyat yoldaşı - 1956-cı il təvəllüdlü Bəylərova Sima Əli qızı dünyasını dəyişib.

Faktla bağlı araşdıma aparılır.

Son xəbərlər
Bütün xəbərlər »