Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Məşhur əcnəbi fotoqraf erməni vəhşiliyindən yazıb
Məşhur əcnəbi fotoqraf erməni vəhşiliyindən yazıb

Dünyanın məşhur fotoqraflarından sayılan Reza Deqati müharibə günlərində Qarabağda olub.

O, “Facebook” səhifəsində erməni vəhşiliyindən yazıb.

Bizimyol.info xəbər verir ki, Təbrizdə doğulmuş fotoqraf Qarabağdan bir çox gözəl fotolar çəkib. Amma Deqati gördüklərini yazmaqdan da çəkinmir. “World Press Photo” nominasiyasında qalib gəlmiş sənət adamı ermənilərin xüsusilə abidələrə qarşı vandallıq etdiyini bildirib.

“Mədəni, mənəvi, dini irsə münasibətdə vandalizm anlaşılmaz və qəbulolunmazdır. Müxtəlif münaqişələrdə bunun şahidi oldum. Son günlər Qarabağda qəbiristanlıqların necə soyulmasını, evlərin yandırılmasını, məscidlərin anbara çevrilməsini gördüm. Ağdamın Qiyaslı kəndindəki əsası 18-ci əsrdə qoyulmuş məscidi 30 il ərzində inək saxlamaq üçün istifadə ediblər. Azərbaycanlılar bunu aşkar edəndə məscidin içi peyinlə dolu imuş. İşğalçılar rayonu tərk etməzdən əvvəl nə mümkündürsə götürüb, sonra isə məscidi yandırıblar. Bərpa üçün uzun zamana ehtiyac var”.

Son xəbərlər
Bütün xəbərlər »