Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Erməni siyasətçi: “Paşinyan problem həll etmək əvəzinə “layk” arxasınca qaçırdı”
Erməni siyasətçi: “Paşinyan problem həll etmək əvəzinə “layk” arxasınca qaçırdı”

Ermənistanda Baş nazir Nikol Paşinyana etirazlar davam edir.

Etirazçılar noyabrın 30-da axşam saatlarında hökumət binasının qarşısında toplaşıb. Onlar Paşinyanı yalançı adlandırıblar.

Bizimyol.info xəbər verir ki, “İşıqlı Ermənistan” fraksiyasının rəhbəri Edmon Marukyan Baş naziri bivec hökumət rəhbəri kimi xarakterizə edib. Onun fikrincə, Paşinyan ən ağır günlərdə problem həll etmək əvəzinə “layk” arxasınca qaçırmış. Marukyan məğlubiyyətlər sıralanan vaxtda baş nazirin sosial şəbəkələrdə bir-birinin ardınca statuslar yazmasını, bəyənmələrin çoxluğunu nəzərdə tutur.

“İnsanları qərarlar vermək üçün seçirlər. İnsanları ona görə seçmirlər ki, ən vacib məqamda “nə edim?” sualını versin. Nə etməyi bilmirsənsə, namizədliyini də irəli sürməyəcəksən. Başa düşməliydin ki, hökumət bağ evi və “Mersedes”dən başqa nizamlanmamış Qarabağ problemi də var. Hazır deyilsənsə, baş nazir də olma. Buna görə də insanlar “Nikol satqındır” deyir”.

Son xəbərlər
Bütün xəbərlər »