Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ceyhun Bayramov Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
Ceyhun Bayramov

Bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva ilə görüşüb.

Xarici İşlər Nazirliyindən "Report"a verilən məlumata görə, C.Bayramov Azərbaycan üçün tarixi əhəmiyyət kəsb edən bir dönəmdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, habelə Türk əməkdaşlıq təşkilatları, o cümlədən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəal şəkildə Azərbaycanın haqq mövqeyinə verdiyi dəstəyi məmnunluqla qeyd edib.

Nazir Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətini, eləcə də Fondla ölkəmizin əməkdaşlığının təqdirəlayiq olduğunu bildirib.

G.Əfəndiyeva rəhbərlik etdiyi beynəlxalq təşkilatın fəaliyyəti, o cümlədən həyata keçirdiyi müxtəlif layihələr barədə ətraflı məlumat verib.

G.Əfəndiyeva Fondun bir sıra nəşrlərini, eləcə də böyük şair Abay Kunanbayevin 175 illiyi və dahi bəstəkar Üzeyir Hacıbəyovun 135 illiyinə həsr olunmuş, Fondun himayəsi altında İspaniyada işıq üzü görən markaları nazir Ceyhun Bayramova təqdim edib.

Görüş zamanı həmçinin Azərbaycan Respublikası ilə Fond arasında ikitərəfli əməkdaşlıq məsələlərinin gələcək inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Paylaş »
››› Vladimirin yerinə Aleksey, yaxud “Navalnı inqilabı” Azərbaycana nə vəd edir
››› Qalib əsgər sosial problemlər içində boğulur - Maliyyə Nazirliyi nəyə lazımdır?..
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Ermənistanın hərbi analitiki: "Müharibədəki itkilərimizin sayı altı min nəfərə çatır"
››› Şirvan xəstəxanasında özbaşınalıq: Tibbi heyət Baş həkimdən narazılıq edir - Video
››› Masallı rayon Xəstəxanasının baş həkimi barəsində həbs qətimkan tədbiri seçilib
››› DİN Şəmkir polisi haqqında yayılan iddialara aydınlıq gətirdi
Son xəbərlər
Bütün xəbərlər »