Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyalı ekspert: "Dini abidələri təhqir etmək barbarlıqdır"
Rusiyalı ekspert: "Dini abidələri təhqir etmək barbarlıqdır"

“Hərbi əməliyyatların dayandırılmasına dair Azərbaycan, Rusiya və Ermənistan arasındakı razılaşma regionda mühüm hadisədir”.

Bunu “Report”un Rusiya bürosuna Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun Ərəb və İslam Tədqiqatları Mərkəzinin eksperti Boris Dolqov bildirib.

Üçtərəfli razılaşmanı pozmaq üçün üçüncü tərəflərin müdaxiləsini yolverilməz olaraq səciyyələndirən ekspert Rusiya prezidenti Vladimir Putinin fikirlərini şərh edib: “Həqiqətən də, atəşkəs sabitlikdir, Azərbaycan və Ermənistanda dinc həyata qayıtmaq fürsətidir. Amma bu münaqişədə öz mənafelərini güdən aktorlar da var. Odur ki, vəziyyət mürəkkəbdir. Bunların nə vaxt qurtaracağını zaman göstərəcək. Lakin Rusiyanın qətiyyətli mövqeyi atəşkəsin davam edəcəyinə mühüm zəmanətdir”.

“Mədəni, tarixi, dini abidələri təhqir etmək, şübhəsiz ki, barbarlıqdır, qınanmalıdır. Bu, cinayətdir. Təəssüf ki, hər bir müharibə zamanı bu cür faciəvi halların şahidi oluruq”, - deyə rusiyalı ekspert erməni işğalçıların Azərbaycan torpaqlarında törətdikləri vəhşilikləri şərh edib.

Son xəbərlər
Bütün xəbərlər »