Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan və Moldova XİN başçıları arasında telefon danışığı olub
Ceyhun Bayramov

30 noyabr 2020-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramovun Moldova xarici işlər və Avropaya inteqrasiya naziri Aureliu Çokoy ilə telefon danışığı baş tutub.

XİN-in Mətbuat xidməti idarəsindən APA-ya verilən məlumata görə, nazir Ceyhun Bayramov moldovalı həmkarını təyinatı münasibətilə təbrik edib və ona səmimi arzularını çatdırıb.

Nazir Aureliu Çokoy təbrikə görə təşəkkürünü bildirib.

Nazirlər bölgədəki son vəziyyət ətrafında fikir mübadiləsi aparıblar. Tam atəşkəs və bütün hərbi əməliyyatların dayandırılması ilə bağlı 9 noyabr tarixli üçtərəfli bəyanatın imzalanması alqışlanıb və razılıqdan irəli gələn bir sıra məsələlərin yerinə yetirilməsinin vacibliyi vurğulanıb.

Tərəflər, həmçinin ikitərəfli əməkdaşlıq gündəliyindəki məsələləri müzakirə ediblər, qurumlararası əməkdaşlığın intensiv şəkildə davam etdirilməsi, eləcə də çoxtərəfli platformalarda əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti qeyd olunub.

Nazirlər qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Paylaş »
››› Rusiyada etirazlar 100-dən artıq şəhəri bürüyüb: Putin çətin sual qarşısında - Video
››› Vladimirin yerinə Aleksey, yaxud “Navalnı inqilabı” Azərbaycana nə vəd edir
››› Qalib əsgər sosial problemlər içində boğulur - Maliyyə Nazirliyi nəyə lazımdır?..
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Masallı rayon Xəstəxanasının baş həkimi barəsində həbs qətimkan tədbiri seçilib
››› DİN Şəmkir polisi haqqında yayılan iddialara aydınlıq gətirdi
››› Ermənistanın hərbi analitiki: "Müharibədəki itkilərimizin sayı altı min nəfərə çatır"
Son xəbərlər
Bütün xəbərlər »