Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistanlı zabit: "Qarabağlı ermənilər, siz nə əclaf adamlarsınız?!" - Video
Erməni uşaqları döyüşə aparılır

İkinci Qarabağ savaşının ermənilər üçün tam kapitulyasiya ilə başa çatmasından sonra Ermənistanda yerli ermənilərlə Qarabağdan qaçaraq oraya getmiş qarabağlı ermənilər arasında qarşıdurma yaranıb.

Sfera.az bildirir ki, sosial şəbəkələrdə buna dəlalət edən paylaşımların sayı sürətlə artır.

Ermənistan Hərbi Polisinin sabiq zabiti Vardan Qukasyan da "ermənistanlı erməni olaraq" qarabağlı ermənilərə nifrətini izhar edib.

Onun dediyinə görə, Qarabağdakı həmcinsləri həmişə Ermənistan hərbçilərinə nifrət ediblər: "Cəhənnəm olun, indi Rusiyadan və Azərbaycandan nə isə istəyin. Sizi əla tanıyıram. Polisdə işləmişəm, qarabağlı ermənilərin şikayətlərini görürdüm. "Bağdan armudumu oğurlayıb!" yazan siz deyildiniz?! Şuşa həbsxanasında olan erməni əsgərlər dəhşətli işgəncələrə məruz qalırdı. Bunu orada olmuş hər əsgər deyə bilər. 150 əsirimiz var. Bakıda paradda keçirəcəklər onu. Bunu istəyirdiniz?! Sizə görə ölən Ermənistan əsgərlərinə görə quru minnətdarlıq belə, etmirsiniz. Elə hey nə isə istəyir, nə isə tələb edirsiniz. Siz nə həyasız adamlarsınız..."

V.Qukasyan daha sonra bildirib ki, Qarabağ erməniləri daim Ermənistana minnətdar olmalıdır: "Qarabağ erməniləri, evlərinizi axı Ermənistan öz puluna bərpa edəcək? Ermənistandan gedən əsgərlər sizə görə öldülər. Bunu unutmaq olar?! Sizə görə, əxlaqsızlar, həyasızlar! Siz erməni dilində də anlamırsınız! 2 mindən artıq Ermənistan vətəndaşı orada, Qarabağda həlak oldu. Niyə düşünürsünüz ki, biz sizə daim minnətdar olmalıyıq?! Hə, əclaflar! İnsan da bu qədər ikiüzlü, saxtakar, yaramaz ola bilərmi?!"

Paylaş »
››› "İndi biz dinazovrın can verməsini müşahidə edirik"
››› Yanacağın qiyməti artandan sonra qida və dərman məhsulları sürətlə bahalaşır
››› “Paşinyan Əliyevdən öz seçki kampaniyasına dəstək xahiş edib”
››› Ermənistandan Azərbaycana müharibə xəbərdarlığı: Yaxın zamanlarda...
››› Bill Qeyts: “Dünya növbəti pandemiyaya hazır deyil”
››› “Bunu harada demişəm, sübut edin” – Şuşayla bağlı sual Paşinyanı özündən çıxardı
››› Navalnının mənzilində axtarış aparıldı
Son xəbərlər
Bütün xəbərlər »