Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Nar”ın 4G istifadəçilərinin sayı 35 % artıb
“Nar”ın 4G istifadəçilərinin sayı 35 % artıb

Abunəçilərini kəsintisiz və sürətli internet təcrübəsi ilə təmin etməyi hədəfləyən “Nar”ın 2020-ci ilin 9 ayı ərzində 4G istifadəçilərinin sayı 35 % artıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə 4G istifadəçilərinin sayı Bakı üzrə 27 %, regionlar üzrə isə 51 % yüksəlib.

Mobil operatorun bütün ölkə ərazisində LTE/LTE-A texnologiyalı baza stansiyalarını genişlənməsi, təqdim etdiyi sərfəli tariflər və internet paketləri sayəsində mobil internetdən istifadədə artıma səbəb olub. Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə mobil internetdən istifadədə 21 % artım qeydə alınıb. İnternet trafikinin həcmi Bakı üzrə 9 %, regionlar üzrə isə 42 % yüksəlib. Qeyd edək ki, data tarfikinin həcminin yüksəlməsinə həm də 4G smartfon penetrasiyasının artımı təsir edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə 2020-ci ilin 9 ayı ərzində smartfon istifadəçilərinin sayında 12 % artım qeydə alınıb.

Son xəbərlər
Bütün xəbərlər »