Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İraq Parlamentinin Baş katibi Azərbaycan Prezidentinə məktub ünvanlayıb
İraq Parlamentinin Baş katibi Azərbaycan Prezidentinə məktub ünvanlayıb

İraq Parlamentinin Baş katibi Servan A.İsmail Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

Bizimyol.info xəbər verir ki, məktubda deyilir: “Hörmətli cənab Prezident.

Sizi və Azərbaycan xalqını Ermənistanla atəşkəs razılaşmasının imzalanması və ərazi bütövlüyünüzün bərpası münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Şübhəsiz ki, bu tarixi atəşkəs razılaşması bölgədə ədalətin bərqərar olmasında mühüm mərhələdir.

Mən və çoxmilyonlu xalqımız Sizin rəhbərliyinizlə bu atəşkəs razılaşmasının reallaşmasında böyük rolu olan digər liderlərlə əməkdaşlığınızdan qürur duyuruq.

İnanıram ki, bu razılaşma hər iki ölkənin və bölgədəki bütün xalqların maraqlarını təmin edəcək”.

Son xəbərlər
Bütün xəbərlər »