Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qarabağın inkişafı ilə bağlı 4 təklif - “Qarabağ İsveçrənin aynası olacaq”
Qarabağın inkişafı ilə bağlı 4 təklif - “Qarabağ İsveçrənin aynası olacaq”

“30 ilə yaxın Ermənistanın işğalı altında olan Qarabağın inkişafı və tərəqqisi üçün 4 təklifim var: Qarabağda keyfiyyətli insan gücü təminatı üçün universitet yaradılmalı, sərmayələr cəlb olunmalı, ən sonra elmi texniki texnologiyadan istifadə edilməli və güclü idarə etmə sistemi yaradılmalıdır”.

Bunu Bizimyol.info-ya açıqlamasında iqtisad elmləri doktoru, professor Zahid Məmmədov bildirib.

Zahid Məmmədov -professor Zahid Məmmədov

Z.Məmmədov qeyd edib ki, Ermənistan işğal etdiyi əraziləri dağıdıb, işğaldan azad edilmiş yerləri tərk edərkən isə meşələri yandırıblar.

Qarabağın inkişafı ilə bağlı danışan iqtisadçı-ekspert deyib ki, Qarabağda ali təhsil müəssisəsi yaradılmalıdır: “Çünki gənclər harada varsa, orada inkişaf var. Təsəvvür edin 80 min tələbə ordusu Qarabağda təhsil alır. Eləcə də, Qarabağda iaşə müəssisələrinin və məişət evlərinin tikintisə, iş yerlərinin açılmasına ehtiyac var.

Qarabağın inkişafı üçün kadrlar lazımdır. Kadrları da universitetlər təmin edəcək. İşğaldan azad edilmiş bölgədə cənab Prezidentin adına ali təhsil müəssisəsi-İlham Əliyev adına Qarabağ Universiteti təsis edilə bilər.

Təklif edirəm ki Azərbaycan Milli Konservatoriyası Şuşada fəaliyyət göstərsin. Şuşanı mədəniyyət mərkəzi kimi rəsmiləşdirmək mümkündür. Şuşa elmi kəşfləri, incəsənət yaradıcılığı ilə dünyaya tanıtmaq mümkündür.

Bu ərazilərə investisiyanın cəlb edilməsi üçün bütün beynəlxalq təşkilatlara təkliflər verəcəyik. Burada daha çox türk sərmayəsinin, eləcə də, İslam İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Dünya Bankı və başqalarının Qarabağın dirçəlməsində öz töhfəsi olacaq.

Qarabağa kənd təsərrüfatı sahəsində fəaliyyət göstərər İsraildən və Yaponiyadan şirkətlər dəvət olunacaq. Ekoloji təmiz məhsulu Qarabağda yetişdirmək üçün bütün sərvətlər var. Sağlam qidadan istifadə edən sağlamlığını təmin edir. Bu da Qarabağdadır”.

Z.Məmmədov vurğulayıb ki, Vətən müharibəsi dövründə dövlət başçısı İlam Əliyev informasiya müharibəsi apardı: “Beynəlxalq mediaya verdiyi müsahibələrdə Prezident ona verilən qərəzli suallara obyektiv cavablar verərək haqlı mövqeyimizi ifadə etdi. İnformasiya müharibəsində də Qarabağın Azərbaycan ərazisi olduğu sübut edildi.

Artıq Qarabağla bağlı “münaqişə” sözü işlənməməlidir. Müzakirə üçün münaqişə mövzusu yoxdur! Qarabağ Azərbaycandır! Beynəlxalq aləm də Qarabağ Azərbaycan Respublikasının ərazisi olaraq tanıyır.

Vurğulayım ki, xarici ölkələrin mediasında Ermənistanın işğalçılıq siyasəti və Azərbaycanın ərazilərini işğaldan azad etməsi məsələsi müzakirələrə səbəb olub.

Ermənistanda məğlubiyyət sonrası böyük ruh düşkünlüyü var. Ermənistanın “güclü ordusu” mifi qırıldı. 44 gün ərzində davam edən müharibə Ermənistanın idealarının və idealogiyasının yalnış olduğunu göstərdi. Miqrasiya siyasətlərinin səhv olduğu ortaya çıxdı. Eləcə də, iqtisadi siyasətlərinin səhv olduğu üzə çıxdı.

Ermənistan acınacaqlı vəziyyətdədir. Onlar müstəqil dövlət deyil. Azərbaycanda isə 30 il ərzində müstəqillik gücləndirildi, azad iqtisadiyyat quruldu. Azərbaycanda güclü iqtisadiyyat və sosial siyasət mövcuddur.

Ermənistanın baş naziri Paşinyan eyforiyaya qapılıb məğlub oldu. O hakimiyyətə gələndən sonra dostunu qondarma “Dağlıq Qarabağ” respublikasına prezident seçdirə bildi.

Şuşaya gələn Paşinyan burada rəqs edərək azərbaycanlıları təhqir etməyə cəhd etdi”.

Z.Məmmədov bildirib ki, Qarabağın inkişafı və tərəqqisi üçün aqrar, sənaye və turizm potensialı var: “Təəssüf ki, Ermənistan işğal etdiyi əraziləri dağıdıb, məhv edib. Azərbaycan beynəlxalq şirkətlərlə dəymiş maddi və mənəvi ziyanı qiymətləndirib dünya ictimaiyyətinə çatdıracaq. Ermənilər vandal hərəkətlərilə bağlı beynəlxalq hərbi tirbunalda cavab verəcəklər. Dəymiş ziyana görə Ermənistan Azərbaycana təzminat ödəyəcək.

Biz hərbi zəfərimizdən sonra iqtisadi zəfərimizə hazırlaşmalıyıq. Azərbaycanın hərbi zəfəri xarici ölkələrdə tətqiqat olaraq araşdırmağa başlayıblar. Eləcə də, Qarabağı iqtisadi inkişafı İsveçrənin aynası olacaq”.

Ramid İbrahimov

Son xəbərlər
Bütün xəbərlər »