Vətən müharibəsinin qazisi Abbas Yaşaroğlu müalicə aldığı xəstəxanadan canlı yayıma çıxaraq xalqa çağırış edib.
Bizimyol.info xəbər verir ki, o hərkəsi koronavirusdan qorunmaq üçün qaydalara əməl etməyə və xəstəxanaları məşğul etməməyə səsləyib.
“İşğaldan azad olunan kəndləri çıxıb şəhərdə qeyd edənlərə görə xəstəxanalar koronavirus xəstələri ilə doludur. Bayaq bir şeyin şahidi oldum. Bir cavan oğlan korovirusa görə rəhmətə getdi. Xahiş edirəm maskalardan düzgün istidafə edin. Evdə müalicə alan qazilərimiz var. Onlara həkim lazım olanda təcili yardım gəlib çatmır. 15 gün məzuniyyətdə olarkən vəziyyətim pisləşmişdi. Təcili yardım çağırdıq, amma çox gec gəldi. Atam onlardan soruşdu ki, niyə belə gec gəldilər. Cavab verdilər ki, koronavirusa görə bütün təcili tibbi yardım maşınları məşğuldur. Hərkəsdən xahiş edirəm virusa yoluxub xəstəxanaları məşğul etməsinlər. Qazilərimizin bu dəqiqə çox ehtiyacı var həkimlərə. Heç olmasa onları düşünün”,- deyə bildirib.
Leyla Mirzə