Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Oğlu ilə əsgər yoldaşı olan kəşfiyyatçımız: Yaralandı, 3 gün meşədə onu axtardım
Dayandur Cabbarov

Dayandur Cabbarov Birinci və İkinci Qarabağ müharibələrinin qəhrəmanlarındandır.İlk dəfə döyüşə 14 yaşında gedib. Ailəsindən gizlin qaçıb.

Döyüş günlərindən Bizimyol.info-ya danışan Dayanduru həyəcansız dinləmək mümkün deyil.

“Ona qədər güləş üzrə çempion kimi dəfələrlə medal qazanmışdım.Amma fikrim döyüşlərdə idi. Getmək istəyirdim, yaşım az idi. İlk dəfə 12 yaşımda qaçmışdım, qaytarmışdılar. “Fəryad” filminə baxdım, ürəyim dözmədi,dedim gedəcəm. Getdim. Komandirlər görən kimi məni qovurdular ki, uşaqsan. Maşında gizlənib döyüşə gedim.İlk dəfə döyüşə onda girdim. Elə onda mənə “gənc döyüşçü” fəxri adı verildi. 2003-cü ilə qədər kəşfiyyatçı kimi orduda xidmət etdim , sonra təxris olundum. Müharibə başlayan kimi müraciət etdim, sağ olsunlar yenidən döyüşlərə qatılmağıma imkan verdilər. Bu dəfə artıq oğlumla çiyin-çiyinə döyüşürdüm. Oğlum hərbi xidmətdəydi, qurtarmağına az qalmışdı, müharibə başlandı.

Mənim döyüş mövqeyim onun hərbi hissəsinin yaxınlığında idi, mən yüksəklikdə idim, onlar alçaq ərazidə. Baxanda görürdüm. Oğlum yaralananda mən onu gördüm. Əslində bir saat öncə görüşmüşdük. Mən ayrılandan bir saat sonra vurulub. Mənimlə zarafat edirdi ki, atam əsgər yoldaşımdır. Gözümün qabağında oldu. Raket düşdü, onlar olan yerə. Çinarlı deyilən əraziyə. Mənim olduğum nöqtədən ora getmək asan deyildi. Hər yerdən od tökülür. Güllə, raket yağır. Dolayı yollarla getdim, 3 gün axtardım meşədə oğlumu. Dedilər qospiytala çatdırılıb. Sağdı üstümdən yük götürüldü elə bil. Döyüşə tez- tez girirdi. Hara döyüşə gedəcəyini öncədən bilmək istəmirdim. Narahat qalırdım. İstəyirdim yanından keçim gedim. Atalıq hissiydi. Ona görə yerini bilmək istəmirdim. Rauf indi hospitaldadır, müalicə olunur.”

Dayandur deyir ki, şəhidlərimiz hamısı ölümün gözünə dik baxa baxa girdilər döyüşə.

“Bir komandirim vardı, ölüm anında yalnız dərdi bu oldu ki, biz Şuşaya girə bilmədik. Onda hələ girməmişdik Şuşaya. Amma ona təpər vermək üçün yalan dedim. Dedim komandir rahat ol girdik, xəbər gəldi”.

İndi Dayandurun bir tək arzusu var. Doğulub, suyundan içdiyi Laçını azad görmək. Bu kövrək arzusunu da fərqli dilə gətirir: “Tək arzum var. Laçın torpağını görüm, orda da dəfn olunum. Başqa heç nə”.

Ölümdən danışma Dayandur, bu vətən yetərli qədər o torpaqlara can qurban etdi. Sən yaşa, yarat, azad Laçınında yaşanacaq gözəl günlər səni gözləyir. Oğul toyu et, baba ol inşallah, igid əsgər.

İlhamə

Paylaş »
››› Ermənistan hərbi geyimlərinin üstündə "Made in Turkey" etiketi aşkarlanıb - Foto
››› İlham Əliyevin açıqlamasından sonra Ermənistan: "Uşaqlarımızı Qarabağdan qaytarın"
››› Bayram Səfərov: “Sosial şəbəkə istifadəçiləri kordur, mən neyləyim...”
››› "Azərİşıq": İşığımız Şuşada yandı! - Şəhərdən son videogörüntülər
››› Baş nazirdən Azərbaycanda sərt karantin rejimi ilə bağlı qərar
››› Paşinyanın oğlu da Moskvaya qaçdı - Video
››› "SMS" icazə ləğv olunur
Son xəbərlər
Bütün xəbərlər »