Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Fransa bizə niyə soyuqdur?! - 1
Fransa senatı

Fransada yaşamağımın 17-ci ilinə keçirəm. Bura bizə ikinci vətəndir, gəncliyimizin keçdiyi, işlədiyimiz, ailə həyatı qurduğumuz, məskən saldığımız yerdir. Fransa bizə doğmadır.

Bununla belə, dünən, Fransa senatında qondarma respublikayla bağlı çıxarılan qətnamənin hüquqi heç bir əhəmiyyəti olmasa da, bu qətnamə əsasında qanun layihəsi hazırlanmasına yol açması ehtimalı bizi qıcıqlandırır.

Bu məsələdə bir neçə məqama diqqət çəkmək istəyirəm.

1. Diaspor fəaliyyəti - Ya məsuliyyətsizlikdən, ya biveclikdən və daha çox yaşadığı ölkəyə doğru interasiya ola bilməmənin nəticəsini görməkdəyik.

Avropada yaşayan azərbaycanlıların sayı az deyil, üzərinə türk icmasını da gəlsək, bir neçə milyonluq nəhəng diaspor fəaliyyətindən danışmaq olar.

Daha doğrusu danışmaq olardı...

Amma!

Ancaq, Fransada və o cümlədən Avropada yaşayan azərbaycanlıların böyük əksəriyyəti, yaşadığı ölkəyə adaptasiya problemi yaşayır, illərdir Fransada yaşayıb bu ölkənin dilində danışa bilməyən xeyli sayda vətəndaşımız mövcuddur.

Bu türklər üçün də keçərlidir.

Türklər Fransada artıq 3-4 nəsildirki yaşayırlar, nəticə isə eynidi.

Burda doğulub böyüyənlərin böyük əksəriyyəti məhəlli dildə danışır, düzgün yazmağı-oxumağı bilmir.

Fransada təəssüf ki, türklərin imici müsbət deyil, bunun bir sıra səbəbləri var, din amili də burda rol oynayır.

Bununla belə, türklər əksəriyyət etibariylə çalışqandırlar, iş sahibidirlər və vergi ödəyicisidirlər.

Əsas fokuslandıqları 2 sahə var - İnşaat və restoran (dönərçi)

Övladlarının təhsildə inkişafında maraqlı və israrlı olsalardı, bəlkə bu gün fərqli mənzərə olardı.

Fransada yaşayan türklərin sayı, bu ölkədə yaşayan erməni və erməni əsilli fransızların sayından çoxdur. Ancaq şəbəkələşmə zəifdir.

Düzdür, türklər də, kompakt halda yaşamağa cəhd edirlər, bir-birilərini dəstəkləyirlər, ancaq Fransa cəmiyyətiylə aralarına din divarı hörüblər.

Bu da daha çox öz mədəniyyətini, dinini itirmə və assimiliyasiya olma qorxusundan qaynaqlanır.

Fransadakı azərbaycanlılar daha çox təhsillidirlər, ancaq vahid fəaliyyət mərkəzi hələ ki yoxdur. Fransadakı bütün Azərbaycan təşkilatlarının bir federasiya altında birləşməsi, bizi sadəcə gücləndirə bilər.

Bu barədə düşünmək lazımdır və bu gec deyil.

Qarabağ müharibəsi boyunca, sosial şəbəkələrdə, müxtəlif platformalarda, fransız ictimaiyyətinə Azərbaycanın haqlı mövqeyini çatdıran, fransız ermənilərinin və onları dəstəkləyənlərin iftira və təxribat xarakterli paylaşımlarına cavab verən, etiraz edən, bir neçə komanda vardı.

Fransada informasiya mübarizəsini aparan azərbaycanlılar arasında fərdi mövqelər olmaqla yanaşı, bir neçə komanda şəklində mübarizəni də görmək mümkün idi.

Ancaq burada yaşayan minlərlə azərbaycanlını nəzərə alsaq, informasiya müharibəsində iştirak edən, məğzi anlayan azərbaycanlılar sadəcə bir ovuc idi.

Bu mübarizədə siyasi kimliyini bir kənara qoyub, milli kimliklə mübarizə aparanların olması təqdirəlayiq idi. 1-ci Qarabağ müharibəsində, bütün Fransa mətbuatı, mediası ancaq erməni diasporunu dinləyirdisə, erməni yalanlarının propagandası altında idisə, 2-ci Qarabağ müharibəsində biz bu ölkədəki azərbaycanlıların da səsini eşitdik! Bu isə uğurdur.

İlk müharibədə informasiya üstünlüyü 100 faizə yaxın erməni diasporunun xeyrinə idisə, bu dəfə bu nisbəti 30-70-ə, yaxud 40-60-a azalda bildik.

Fransa cəmiyyəti Azərbaycan haqqında çox şey öyrəndi və bundan sonra da öyrənməyə davam edəcək.

Bizim mövqeyimizi də işıqlandırmaq məcburiyyətində qaldılar, həmçinin tərəfsizlik göstərən mediaların erməni diasporu tərəfindən təhqir və təhdid edilməsi də bir mənalı qarşılanmadı.

Bəlkə daha artıq da nəticə əldə edə bilərdik, ancaq əldə etdiyimiz nəticə də pis deyil.

Sadəcə davamlı inkişaf etməliyik.

Senatdakı dünənki müzakirə hər nə qədər bizlə bağlı olsa da, Türkiyə düşmənçiliyi üzərində qurulmuşdu və sırf qətnamənin keçməsində də bu düşmənçilik əsas rol oynadı.

Bu barədə isə 2-ci maddədə geniş danışacam.

Paylaş »
››› "Azərbaycan hərbçiləri İrəvanda supermarketdə" - Ermənistanda həyəcan (Foto)
››› “Bu sürətlə vaksinasiyasını bitirmələri üçün 400 il vaxt lazımdır” - Açıqlama
››› Ermənistan mətbuatı Kremlin adamını "yaxaladı": "Açıq-aşkar depressiyaya düşüb"
››› Mübariz Mənsimovun bacısı: “Atam ölüm yatağında oğlunun yolunu gözləyir” - Video
››› Nikol Paşinyanın ailəsi Moskvada mənzil axtarır
››› "Əraziləri kimin 18 yaşlı oğlunun hesabına almaq istəyirsiniz?" - Vitse-spiker
››› Prezident İlham Əliyev Şuşaya yola düşüb - Video
Son xəbərlər
Bütün xəbərlər »