Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Salyanda taksi sürücüsü bıçaqlanıb
Salyanda taksi sürücüsü bıçaqlanıb

Salyanda taksi sürücüsü bıçaqlanıb.

Bizimyol.info xəbər verir ki, hadisə səhər saatlarında Salyan-Şirvan magistralında qeydə alınıb. Salyan rayon sakini, 1971-ci il təvəllüdlü Gülüşov Cəbrayıl Mirzəğa oğlu taksi kimi idarə etdiyi avtomobili 2 nəfər dayandırıb. Daha sonra həmin şəxslərdən biri ondan pul istəyib.

Həmin anda onunla birgə olan digər şəxs onu arxadan bıçaqlayıb.

Taksi sürücüsü yaralı vəziyyətdə Şirvan şəhər mərkəzi xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib.

Faktla bağlı Salyan rayon polis şöbəsində araşdırma aparılır.

Son xəbərlər
Bütün xəbərlər »