Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nazir qəzada həlak olan tələbələrlə bağlı başsağlığı verib
Nazir qəzada həlak olan tələbələrlə bağlı başsağlığı verib

Təhsil naziri Emin Əmrullayev avtomobil qəzasında həlak olan Tibb Universiteti tələbələrinin yaxınlarına başsağlığı verib.

Bizimyol.info xəbər verir ki, nazir bu barədə öz facebook hesabında yazıb:

"Bu səhər çox üzücü bir xəbər aldıq. Gecə baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində koronaviruslu xəstələr üçün nəzərdə tutulan modul tipli xəstəxanada könüllü çalışan 3 tələbəmiz həlak olub, 1 tələbəmiz isə ağır yaralanıb.

Həlak olanlar Azərbaycan Tibb Universitetinin əczaçılıq fakültəsinin V kurs tələbəsi Sahil Mustafazadə, müalicə profilaktika fakültəsinin V kurs tələbəsi Tuncay Məmmədov və eyni fakültənin VI kurs tələbəsi Yeganə Məmmədovadır. Müalicə profilaktika fakültəsinin V kurs tələbəsi İlkin Ağamirzəyev isə hadisə nəticəsində ağır yaralanıb.

Allahdan həlak olanlara rəhmət, yaralı tələbəmizə isə şəfa diləyirəm!"

Son xəbərlər
Bütün xəbərlər »