Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İsveçdə “Vitt Hem - Qarabağ” restoranı yandırılıb
Yanğın

İçveçdə fəaliyyət göstərən azərbaycanlı iş adamına məxsus “Vitt Hem - Qarabağ” restoranı yandırılıb.

Bu barədə “Report”un Avropa bürosuna restoranın sahibi Kənan Hacıəkbəroğlu məlumat verib.

Onun sözlərinə görə, Göteborq şəhərində yeni açılışı olan restorana gecə saatlarında naməlum şəxs və ya şəxslər tərəfindən “molotov kokteyli” atılıb.

“Mənə polis gecə saatlarında məlumat verdi. Dərhal əraziyə gəldim. Artıq yanğın söndürülmüşdü. Polis əraziyə yaxınlaşmağa qoymadı. Yanğınsöndürənlər və polis restoranın qəsdən yandırılmasından şübhələnirlər. Araşdırma aparılır”, - K.Hacıəkbəroğlu bildirib.

Göteborq şəhər polisinin yaydığı ilkin məlumata görə yanğına restoranın içinə atılan şübhəli maddə səbəb olub. Yanğından sonra küçə nəqliyyatın hərəkətinə bağlanıb. Polis ətrafdakı müşahidə kameralarının yoxlanılmasına başlayıb. Hadisə ilə bağlı Göteborq şəhər Polis İdarəsində cinayət işi açılıb. Araşdırmalar davam etdirilir.

Paylaş »
››› "Azərbaycan hərbçiləri İrəvanda supermarketdə" - Ermənistanda həyəcan (Foto)
››› Ermənistan mətbuatı Kremlin adamını "yaxaladı": "Açıq-aşkar depressiyaya düşüb"
››› "Əraziləri kimin 18 yaşlı oğlunun hesabına almaq istəyirsiniz?" - Vitse-spiker
››› Mübariz Mənsimovun bacısı: “Atam ölüm yatağında oğlunun yolunu gözləyir” - Video
››› Açıq-gizli Şuşa mesajları
››› “Şuşadan Ermənistana və onun havadarlarına xəbərdarlıq edildi”
››› İlham Əliyev: "Dünən gecə Şuşada qalmağa qərar verdik"
Son xəbərlər
Bütün xəbərlər »