Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Paşinyanın sosial şəbəkə trollarına verdiyi aylıq maaş məlum oldu
Paşinyanın sosial şəbəkə trollarına verdiyi aylıq maaş məlum oldu

Sosial şəbəkələrin erməni sektorunda hökuməti, xüsusilə Baş nazir Nikol Paşinyanı tənqid edənlərə qarşı həmişə kütləvi hücumlar olur. Ermənistan mətbuatı bunun xüsusi təşkil olunduğunu yazır. Söhbət trol fabrikindən gedir.

Bizimyol.info xəbər verir ki, “Sputnik Ermənistan”ın əməkdaşları bu məsələni araşdırmaq qərarına gəlib. Onlar çoxlu saxta hesabların bir mərkəzdən idarə olunduğunu üzə çıxarıb.

Jurnalistlərlə danışan politoloq Knyaz Saroyan deyib ki, hökumət tərəfdarlarının bu senzurasız ritorikası çox təhlükəlidir. Məsələ bəzən qan tökülməsinə qədər gedib çıxa bilir. Saroyan prosesin Ermənistan hökumətinin nəzarətində olduğunu düşünür. Politoloq nümunə kimi İrəvanın Respublika meydanında quraşdırılmış monitorda səsləndirilən fikirləri göstərir. Orada müxalifət aşkar mətnlə hədələnmişdi. Saroyan eşitdiklərində Paşinyan ritorikasını sezdiyini bildirir.

“Sputnik Ermənistan” yazır ki, indi bu ölkədə qaçqınları çox ittiham edirlər. Hətta hərbi forma geyinərək hədə videoları çəkənlər də var: “Hər hansı qırmızı xətdən söhbət gedə bilməz. Sosial şəbəkələrdə hətta itkin düşmüş əsgərlərin valideynlərini də söyürlər. Çünki valideynlər hökumətdən uşaqlarının taleyi barədə məlumat tələb edir”.

“Çiçəklənən Ermənistan” partiyasından olan deputat Ani Samsonyan deyir ki, dövlət məmurları da özünü trol kimi aparır. Onun ehtimalına görə, 2.5 ildir Ermənistanda trol fabriki fəaliyyət göstərir: “Mən bir dəfə status paylaşanda xahiş etmişdim ki, heç kim təhqir yazmasın. Amma mənim özümü çox pis təhqir etmişdilər. Təşkil olunduğu açıq-aşkar bilinir”.

Trol fabrikinə qarşı mübarizə aparanlar da var. Marieta Səfəryan bunun üçün qrup yaradıb. Orada belə sosial şəbəkə istifadəçiləri müəyyənləşdirirlir və şikayət olunur. “Feyklərlə yaradılan virtual reallıqla üz-üzə qalmışıq. Məncə, çox təhlükəlidir”, - Səfəryan belə deyir.

“Sputnik Ermənistan” trollara ayda 80 min drama qədər (təxminən 160 dollar) maaş verildiyini müəyyənləşdirib. Ən fəal trollara əlavə mükafat da verilir.

Erməni jurnalistlər bir neçə trol qrupunun olduğunu qeyd edir. Trol fabriklərinin kuratorlarının adları da çəkilir. Məsələn, rusdilli seqmentə Milli Məclisin vitse-spikeri Alen Simonyan başçılıq edir. Deyilənə görə, onun yerinə yeni koordinator hazırlanır. Mütəxəssislər Paşinyanın prosesə xusisi nəzarət etdiyini bildirir. Ermənistanda trol fabriklərinin təkcə “Facebook”da 90 minə qədər saxta hesab açdığı iddia olunur. Maraqlıdır ki, hesabların bir çoxunda profil fotosundan Paşinyan boylanır.

Son xəbərlər
Bütün xəbərlər »