Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Orduya kömək etmək istəyən bərbər 300 əsgərə xidmət göstərdi
Orduya kömək etmək istəyən bərbər 300 əsgərə xidmət göstərdi

Bərbər Qurban Bayramov səfərbərlik zamanı orduya çağrılmasa da, əlindən gələn töhfəni vermək istəyib. Ağlına da öz peşəsi ilə əsgərlərimizə yardım etmək gəlib. Qaynıyla birlikdə cəbhə bölgəsinə gedib əsgərlərimizə ərbər xidməti göstərib. Hələ də Suqovuşandadır.

Bizimyol.info-ya açıqlama verən Qurban deyir ki, bir ay ərzində orda əsgərlərə xidmət edib, 300-dən çox əsgər və zabitin saçını, saqqalını səliqəyə salıb.

“Hərbçi dostum ön cəbhədədir. Bir dəfə dedi ki, əsgərlərin bərbərə ehtiyacı var. 44 gündür saç-saqqallarını səliqəyə salmağa vaxtları olmayıb.

Əlimizdən gələni əsirgəməməli idik. Dostumla danışanda dedim ki, mən gəlib oradakı əsgərlərin saç-saqqalını səliqəyə salaram. Biz ilk olaraq Suqovuşana getdik. Oradan da digər istiqamətlərə.Əlimizdən gələn köməklik bu idi, bunu da imkan daxilində etməyə çalışdıq. Heç vaxt ağlıma gəlməzdi ki, güllə yağışının altında bərbərlik edərəm. Amma bu işimlə qürur duydum”.

Əslində hər kəs əlindən gələni edəndə gücümüz yenilməz olurmuş. Biz Vətən müharibəmizdə bunun şahidi olduq.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »