Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Gəncə işi" bağlı həbs olunan şəxs Bakı İstintaq Təcridxanasında ölüb
"Gəncə işi" bağlı həbs olunan şəxs Bakı İstintaq Təcridxanasında ölüb

"Gəncə işi" ilə bağlı həbs olunan Müşfiq Qurbanov bu gecə Bakı İstintaq Təcridxanasında vəfat edib.

Bu barədə APA-ya M. Qurbanovun ailəsindən məlumat verilib.

M. Qurbanovun meyiti Sabunçu Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyində ekspertizadan keçirilib.

Ailəsindən bildirilib ki, Bakı İstintaq Təcridxanasından M. Qurbanovun ürək çatışmazlığından öldüyünü deyiblər.

Ədliyyə Nazirliyi və Penitensiar xidmətdən məsələ ilə bağlı heç bir açıqlama verilməyib.

Qeyd edək ki, Gəncə işi ilə bağlı 2018-ci ilin oktyabrın 24-də Rusiyanın paytaxtı Moskva şəhərində saxlanılan Qurbanov Müşfiq Cümşüd oğlu 2020-ci il yanvarın 17-də Bakıya gətirilib. O, 2018-ci ildə baş vermiş Gəncə hadisələr zamanı qəsdən adam öldürməyə cəhd, terrorçuluq, qanunsuz silah saxlama, dini zəmində nifaq salma, ölkənin konstitusiya quruluşunu dəyişməyə cəhd və s. əməllərdə ittiham olunur.

Son xəbərlər
Bütün xəbərlər »