Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Adını daşıdığım şəhid dayımın qisasını aldım” - Qazi
“Adını daşıdığım şəhid dayımın qisasını aldım” - Qazi

Bu günkü qəhrəmanımız şəhid dayısının adını yaşadaraq onun arzusunu da gerçəkləşdirib. Evinə müzəffər ordunun qalib qazisi kimi qayıdıb.

Azərbaycanın qəhrəman övladı Elçin Soltanov Füzuli uğrunda gedən döyüşlərdə iştirak edib və elə orada da qəlpə yarası alıb.

“15-20 gün döyüşlərdə iştirak etmişəm. Bu müddətdə görmədiyimiz şey qalmadı. Bütün əziyyətlərdən keçdik. Ordunun igid oğlanlarının birliyi nəticəsində torpaqlarımı şükürlər olsun ki, işğaldan azad edə bildik”.

Elçinin anası Lətifə xanım deyir ki, oğlu hələ kiçik yaşlarından adını daşıdığı dayısının qisasını alacağına söz verib.

“Dayısı, Elçin Mədətov 1994-cü ildə Ağdam uğrunda gedən döyüşlərdə şəhid olub. Onun şəhid olan zaman 22 yaşı var idi. Qardaşımın ölümündən 40 gün sonra oğlum dünyaya gəldi və qardaşımın adını ona qoyduq. Elçin gedən zaman bütün analar kimi həyəcanlı idim. Lakin özü heç narahat deyildi. Gedəndə bizimlə öpüşüb görüşmədi. Dedi sağ qayıdacam”.

Leyla Mirzə

Son xəbərlər
Bütün xəbərlər »