Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İsrail vətəndaşlarını BƏƏ və Bəhreynə səfər etməməyə çağırıb
Israil

İranın atom bombasının atası sayılan fizika üzrə alim Möhsün Fəxrizadənin qətlindən sonra İsrail vətəndaşlarının Birləşmiş Ərəb Əmirlikləri və Bəhreynə səyahət etmələri həyatlarına təhlükə yaradır.

“Report” xəbər verir ki, bu barədə İsrailin Terrorçuluğa qarşı Mübarizə Qərargahının Birləşmiş Ərəb Əmirlikləri və Bəhreynə səfər etmək istəyən israillilər üçün yaydığı xəbərdarlıqda bildirib.

Qərargah bu xəbərdarlığın tövsiyə xarakterli olduğunu vurğulayıb.

Xatırladaq ki, BƏƏ rəsmi olaraq M.Fəxrizadənin qətlini qınayıb.

Məlumata görə, sosial şəbəkələrdə İran İnqilab Keşikçiləri Qvardiyasının komandanı Hüseyn Salaminin hadisə ilə bağlı İsrailin ünvanına sərt fikirlər söylədiyinə dair məlumatlar yayılmışdı. Qvardiyanın mətbuat katibi Ramadan Şərif bu məlumatı təkzib edib və yalınız rəsmi bəyanatlara etibar edilməsini istəyib.

Qeyd edək ki, İran rəsmiləri bu qətllə bağlı İsraili ittiham ediblər. Hətta Tehranda “Keyhan” qəzeti İsrailin Hayfa limanına hava zərbəsi endirməyə də çağırmışdı. Qəzetin iddiasına əsasən, Möhsün Fəxrizadənin qətlində İsrailin xüsusi xidmət orqanları iştirak edib.

Paylaş »
››› Navalnının yaydığı görüntülər Putinin axırına çıxacaq - Video, Foto
››› Rusiyanın "yük atı": Yarım əsrin əfsanəsi tam yeni dizayna keçir - Foto
››› “Baydenin hakimiyyəti dönəmində Türk Dünyasını çətin günlər gözləyir”
››› 26 yaşında general-mayor rütbəsi alan gözəl...
››› ABŞ dollarının uzunmüddətli ucuzlaşması gözlənilir
››› "Azərbaycanın qələbəsindən sonra tarixi türk coğrafiyası bərpa olunur"
››› Nazirin Sumqayıtın polis rəisini işdən çıxardı
Son xəbərlər
Bütün xəbərlər »