Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Braziliyada meydana daxil olan it futbolçunu yıxdı
Braziliyada meydana daxil olan it futbolçunu yıxdı

Braziliyada qadınlardan ibarət "İnternasional" və "Brazil de Farropilya" komandaları arasında matçda maraqlı hadisə baş verib.

"Report" xəbər verir ki, ikinci hissənin əvvəlində meydana it daxil olub və görüş bir neçə dəqiqəlik dayanıb.

İt əvvəlcə topu oyunçulardan almağa çalışıb, daha sonra isə meydanda gəzməyə başlayıb. Buna baxmayaraq futbolçular matçı davam etdiriblər. İt futbolçulardan birinin yıxılmasına səbəbb olub. O, qısa müddət yerdə qalsa da, qarşılaşmaya davam edə bilib.

İt daha sonra meydandan çıxarılıb.

Qeyd edək ki, qarşılaşma "İnternasional"ın 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Son xəbərlər
Bütün xəbərlər »