Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyalı mütəxəssis: “Koronavirus infeksiyası orqanizmdə təhlükəli fəsadlar yaradır”
həkim

“Koronavirus infeksiyası damarlarda qan laxtalanmasına və miokard infarktına səbəb olur”.

Bunu Rusiyanın 2 saylı Müharibə Veteranları Xəstəxanasının kardiologiya şöbəsinin müdiri Sergey İvanov “Qovorit Moskva” radiosuna müsahibəsində deyib.

Şöbə müdiri əlavə edib ki, koronavirusa yoluxanlarda qan laxtalanmasının artması ürək əzələsinin damarlarına da təsir edir: “Bu səbəbdən virusa yoluxan insanlarda ürək əzələsinin toxuması ciddi zədələnir və nəticədə bir çox xəstələrdə miokardit (ürək əzələsinin iltihabı) yaranır”.

S.İvanovun sözlərinə görə, COVID-19-un kəskin mərhələsində əksər xəstələrdə II dərəcəli miokard infarktı inkişaf edir: “Yoluxmadan bir neçə ay sonra zəifləmiş xəstələrdə taxikardiyaya (sürətli ürək döyüntüsü) da rast gəlinir”.(apa)

Paylaş »
››› Rusiyada "Navalnı inqilabı" başlayıb: Etirazlar böyüyür - Fotolar
››› "Paşinyanın planı Ermənistanı vilayət olaraq Türkiyəyə verməkdir"
››› Nazirin açıqlamasından çıxan nəticə: Azərbaycanda təhsil düzələn deyil
››› Təhsil naziri məktəb direktorlarının problemli videolarından danışdı
››› Minasyan: “Ölkə xalqın vecinə də deyil, uçuruma yuvarlanırıq”
››› “Köçəryan Xankəndidə qaçıb masanın altında gizləndi...” - Erməni deputata qarşı ittiham
››› Yanvarın 24-nə olan hava proqnozu
Son xəbərlər
Bütün xəbərlər »