Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Maradonanın həkimi futbolçunun ölümü ilə bağlı ittihamlara cavab verdi
Maradonanın həkimi futbolçunun ölümü ilə bağlı ittihamlara cavab verdi

Argentinanın futbol üzrə yığmasının sabiq oyunçusu və baş məşqçisi Dieqo Maradonanın həkimi Leopoldo Luke bildirib ki, özünü idmançının ölümündə günahkar hesab etmir.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

"Biz bacardığımız hər şeyi etdik”, - o jurnalistlərə bildirib. Həkim vurğulayıb ki, istintaqla əməkdaşlıq etməyə hazırdır. "Mən hesab etmirəm ki, bunda kimsə təqsirkardır", - Leopoldo Luke əlavə edib.

Lukenin sözlərinə görə, Maradonanın evindəki tibb işçiləri onun alkoqoldan asılılığını müalicə edirdilər. "Onların vəzifələrinə Maradonanın həbləri qəbul etməsi və spirtli içkidən istifadə etməməsini izləmək daxil idi, ürəktutmanın qarşısının alınması yox", - həkim deyib.

O, həmçinin qeyd edib ki, sabiq futbolçunun noyabrın 3-dəki beyin əməliyyatı onun ölümü ilə qətiyyən əlaqəli deyil. Luke həmçinin Maradonanın xəstəxanadan vaxtından qabaq buraxılması iddiası ilə razı deyil.

Son xəbərlər
Bütün xəbərlər »