Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Paşinyan Ermənistanda daxili çəkişmələri dayandırmağa çağırdı
Nikol Paşinyan

Ermənistan Baş naziri Nikol Paşinyan əsirlərin qaytarılması və itkin düşənlərin axtarışı ilə bağlı problemlərin həllini sürətləndirmək üçün ölkədə daxili çəkişmələri dayandırmağa çağırıb. “Qafqazinfo” bildirir ki, bu barədə “RİA Novosti” xəbər verib.

“Biz ölkədə vəziyyəti gərginləşdirməməli, tədricən sabitləşdirməliyik. İndi ən vacibi əsirlərin, itkin düşənlərin və potensial olaraq gizlənmiş hərbçilərin problemidir, hansını ki, çox tez həll etmək lazımdır”, - deyə Paşinyan feysbukda yazıb.

Baş nazir daxili fikir ayrılıqlarının problemin həllini sürətləndirməyəcəyini də yazıb. “Problemin həlli yalnız bir halda sürətlənəcək. Əgər hamı başa düşsə ki, bununla bağlı daxili toqquşmalar olmayacaq”, - deyə paylaşımda bildirilir.

O qeyd edib ki, gələcəkdə kimin günahkar olması və kimin necə məsuliyyət daşıyacağı aydınlaşacaq. “Amma indi biz bir-birimizlə mübarizəyə deyil, problemin birgə həllinə diqqət yetirməliyik. Mən buna əminəm", - deyə Paşinyan qeyd edib.

Paylaş »
››› Rusiyada "Navalnı inqilabı" başlayıb: Etirazlar böyüyür - Fotolar
››› "Paşinyanın planı Ermənistanı vilayət olaraq Türkiyəyə verməkdir"
››› Nazirin açıqlamasından çıxan nəticə: Azərbaycanda təhsil düzələn deyil
››› “Köçəryan Xankəndidə qaçıb masanın altında gizləndi...” - Erməni deputata qarşı ittiham
››› Minasyan: “Ölkə xalqın vecinə də deyil, uçuruma yuvarlanırıq”
››› Yanvarın 24-nə olan hava proqnozu
››› Nazir Milli Qəhrəmanın bacısı oğlunu sərəncama göndərib
Son xəbərlər
Bütün xəbərlər »