Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ayaqlarını itirən erməni əsgər: “Kömək edən yoxdur”
Ayaqlarını itirən erməni əsgər: “Kömək edən yoxdur”

Daşnak batalyonunun üzvü Arqişti Mikaelyanın düz yanında mərmi partlayıb. Erməni əsgər bunun nəticəsində hər iki ayağını itirib. 30 yaşlı Ermənistan vətəndaşının dediyinə görə, onunla maraqlanan, kömək edən yoxdur.

Bizimyol.info xəbər verir ki, Arqişti Mikaelyanın ailəsi Paşinyan hökumətindən çox narazıdır. Çünki ömürlük əlilə çevrilən əsgərin vəziyyəti heç kimin vecinə deyil. İki körpə atası Arqişti evdə işləyən yeganə şəxs imiş. Ailə aclıqla üz-üzə qalıb. Üstəlik, kirayədə yaşayırlar.

Arqişti əlillik dərəcəsi almaq üçün “Muratsan” tibb mərkəzinə müraciət edib. Ona yalnız protezləşmədən sonra bunun mümkün olacağını deyiblər. Deməli, hələ çox gözləmək lazım gələcək. Yara azı 6 aya sağalacaq.

Arqişti qoruqda işləyirmiş. Müharibəyə könüllü yollanıb. Ayaqlarını Suqovuşanda itirib. Mikaelyan deyir ki, çox ağır döyüşlər gedib. Yaralananda özünə yardım etməli olub. Başqasından kömək gözləmək də mənasız imiş. Çünki yaralanan və ölən çox olub.

“Hər dəfə mərmi düşəndə sevinirdik ki, bizə dəymədi. Bizi ardıcıl atəşə tuturdular. İndi ayağıma görə çox fikir etmirəm. Əsas odur, sağ qalmışam”.

Son xəbərlər
Bütün xəbərlər »