Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Noyabrın 30-na olan hava proqnozu
hava

Azərbaycanda noyabrın 30-na gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən "Bizimyol.info"ya verilən məlumata görə, sabah Bakı və Abşeron yarımadasında arabir yağış yağacağı, gecə və səhər bəzi yerlərdə intensiv olacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 6-8, gündüz 8-10, Bakıda gecə 6-8, gündüz 8-10 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu təşkil edəcək, nisbi rütubət 75-85 faiz olacaq.

Noyabrın 30-da Azərbaycanın rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Gecə və səhər arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-7, gündüz 8-11 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 0-3 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, noyabrın 30-da Abşeron yarımadasında rütubətli hava şəraitinin üstünlük təşkil edəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Paylaş »
››› "İndi biz dinazovrın can verməsini müşahidə edirik"
››› Yanacağın qiyməti artandan sonra qida və dərman məhsulları sürətlə bahalaşır
››› “Paşinyan Əliyevdən öz seçki kampaniyasına dəstək xahiş edib”
››› Ermənistandan Azərbaycana müharibə xəbərdarlığı: Yaxın zamanlarda...
››› Bill Qeyts: “Dünya növbəti pandemiyaya hazır deyil”
››› “Bunu harada demişəm, sübut edin” – Şuşayla bağlı sual Paşinyanı özündən çıxardı
››› Aşurbəyli yeni yaratdığı dövlətdən danışdı: BMT-yə müraciət edəcəyik
Son xəbərlər
Bütün xəbərlər »