Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Qalatasaray” Rizədə darmadağınla qələbə qazanıb
“Qalatasaray” Rizədə darmadağınla qələbə qazanıb

Türkiyə Super Liqasında X turun daha 3 oyunu keçirilib.

Apasport.az saytının məlumatına görə, yuxarı pillələrdə qərarlaşan “Qaziantep” öz meydanında büdrəyib.

Komanda bol qollu alınan “Yeni Malatyaspor”la görüşdə qələbəni son anda əldən verərək, 1 xalla kifayətlənib.

Son çempion “Başakşəhər” isə doğma arenasında autsayderlər zonasının sakini “Dənizlispor”un müqavimətini qıra bilməyib. Bu matçda da bol qollu bərabərlik qeydə alınıb və qonaq komanda məğlubiyyətdən son anda qaçıb.

Rizədə yerli “Rizəspor”un qonağı olan “Qalatasaray” aktivinə növbəti 3 xalı yazdırmağı bacarıb. “Cim-bom” Mbaye Dianın het-trik etdiyi matçda rəqibi üzərində böyükhesablı qələbə qazanıb.

Qeyd edək ki, turun digər matçları noyabrın 29-30-da olacaq.

Türkiyə Super Liqası

X tur

28 noyabr

“Qaziantep” – “Yeni Malatyaspor” – 2:2

Mirallas, 19, Kana-Bıyık, 74 – Adəm Büyük, 49, Topallı, 90+5

“Başakşəhər” – “Dənizlispor” – 3:3

Qulbrandsen, 11, 21, Demba Ba, 59 – Özər Özdəmir, 62, Rodalleqa, 90+1, Muravski, 90+6 (pen.)

“Rizəspor” – “Qalatasaray” – 0:4

Dian, 45+1 (pen.), 52, 79, Talyan Antalyalı, 87

1 Alanyaspor862018-320
2 Qalatasaray1062216-720
3 Fənərbaxça962117-920
4 Qaziantep1036115-1315
5 Başakşəhər1042416-1514
6 Fatih Karagümrük934217-1113
7 Beşiktaş841313-1413
8 Konyaspor833210-612
9 Kasımpaşa933311-1012
10 Rizəspor933312-1412
11 Yeni Malatyaspor933310-1212
12 Hatayspor73317-912
13 Trabzonspor1033412-1512
14 Göztəpə825114-911
15 Sivasspor82338-109
16 Antalyaspor92349-149
17 Ərzurum BB82249-138
18 Kayserispor82155-117
19 Dənizlispor91358-166
20 Gənclərbirliyi81256-145
21 Ankaragücü80267-152

Son xəbərlər
Bütün xəbərlər »