Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yerevanda ziyalılar da etiraz aksiyası keçirdi
Yerevanda ziyalılar da etiraz aksiyası keçirdi

Ermənistanın paytaxtı Yerevanda ziyalılar etiraz aksiyası keçirib.

Şarl Aznavur meydanına toplaşanlar əsir və itkin düşən erməni hərbçilərin ailələrinə dəstək ifadə ediblər.

Xatırladaq ki, daha əvvəl "Erməni cəngavəri" təhsil-pedaqoji fondunun direktoru Karin Tonoyan əsir və itkin düşən əsgərlərin valideynlərinə dəstək olmaq, onların məsələlərinin düzgün həll olunmasını tələb etmək üçün aksiya keçirəcəklərini bildirmişdi.

Etirazçılar, həmçinin əsgərlərin sağlamlıq vəziyyəti, psixoloji durumu, çağırışçıların xidmət şərtləri ilə əlaqəli problemlərin həllini tələb ediblər.(virtualaz.org)

Son xəbərlər
Bütün xəbərlər »