Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"BMW" su kanalına aşıb, bir nəfər ölüb, ikisi xəsarət alıb
"BMW" su kanalına aşıb, bir nəfər ölüb, ikisi xəsarət alıb

Biləsuvar rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Bizimyol.info xəbər verir ki, yol qəzası rayonun Çaylı kəndində qeydə alınıb.

Cəlilabad rayonu Üçtəpə kənd sakini Nail Nəzər oğlu Qafarovun idarə etdiyi BMW markalı minik avtomobilinin su kanalına aşması nəticəsində İbrahim Nəzər oğlu Qafarzadə ölüb.

Sürücü N.Qafarov və digər sərnişin Ələkbər Tahir oğlu Abbasov orta dərəcəli bədən xəsarətləri ilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Hər üç şəxs həmkəndlidirlər.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər
Bütün xəbərlər »