Azərbaycanda son sutkada koronavirus infeksiyasına 4 212 yeni yoluxma faktı qeydə alınıb, 1 760 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bizimyol.info xəbər verir ki, Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 32 nəfər vəfat edib.
Hazırkı dövrədək Azərbaycanda 114 025 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 71 691 nəfər müalicə olunaraq sağalıb, 1 323 nəfər vəfat edib.
Aktiv xəstə sayı 41 011 nəfərdir.
Ötən müddət ərzində 1 700 654 test aparılıb. Bugünkü test sayı isə 18 420-dir.