Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Arvadını amansızlıqla öldürən kişinin məhkəməsi başlayır
Bıcaqlama

Abşeron rayonunda arvadını öldürməkdə təqsirləndirilən İlqar Vəliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə baxılacaq.

Hazırlıq iclası yaxın günlərdə təyin ediləcək.

Qeyd edək ki, hadisə avqustun 14-də saat 12 radələrində Abşeron rayonu ərazisində baş verib.

1975-ci il təvəllüdlü Səyyarə Vəliyevanın yaşadığı mənzildə çoxsaylı bıçaq xəsarətləri yetirilməklə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İstintaqla hadisənin zərərçəkmişin əri, 1967-ci il təvəllüdlü İlqar Vəliyev tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Ona Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə cinayət ittiham verilib.(report)

Paylaş »
››› Rusiyada etirazlar 100-dən artıq şəhəri bürüyüb: Putin çətin sual qarşısında - Video
››› Vladimirin yerinə Aleksey, yaxud “Navalnı inqilabı” Azərbaycana nə vəd edir
››› "Qarabağla bağlı gərginlik yenidən başlaya bilər" - Andrey Manoylo
››› Novruz çərşənbələrinin vaxtı açıqlandı
››› Qalib əsgər sosial problemlər içində boğulur - Maliyyə Nazirliyi nəyə lazımdır?..
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Masallı rayon Xəstəxanasının baş həkimi barəsində həbs qətimkan tədbiri seçilib
Son xəbərlər
Bütün xəbərlər »