Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropa İttifaqı iranlı alimin qətlini pisləyib
Avropa İttifaqı iranlı alimin qətlini pisləyib

Avropa İttifaqı (Aİ) İranın nüvə proqramının tədqiqatçısı və Müdafiə Nazirliyi nəzdində Araşdırmalar və İnnovasiya Təşkilatının rəhbəri Möhsün Fəxrizadənin qətlini pisləyib.

Bu barədə Aİ-nin Xarici Siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsinin mətbuat katibi Peter Stano bildirib.

“Belə qeyri-müəyyən dövrdə heç kimin marağında olmayan gərginləşmənin qarşısını almaq üçün bütün tərəfləri sakit olmağa çağırır və bildiririk ki, hazırda maksimum dərəcədə təmkinli olmaq həmişəkindən daha vacibdir”, - deyə Aİ-nin Ali Nümayəndəsinin sözçüsü qeyd edib.

Xatırladaq ki, noyabrın 27-də Tehranın şimal-şərqində yerləşən Absərd şəhərində M. Fəxrizadə qətlə yetirilib.(apa)

Son xəbərlər
Bütün xəbərlər »