Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Məlahət Mürşüdlü vəfat edib
Məlahət Mürşüdlü vəfat edib

Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatına və respublikanın təhsil ictimaiyyətinə ağır itki üz verib. Təhsil eksperti, Azad Müəllimlər Birliyinin keçmiş sədri, ADR sədrinin demokratik təsisatlarla iş üzrə müavini, filiolgiya üzrə fəlsəfə doktoru Məlahət Mürşüdlü vəfat edib.

Bizimyol.info xəbər verir ki, bu barədə ADR sədri Qubad İbadoğlu “Facebook”da bildirib.

Məlahət Mürşüdlü

Məlahət xanım Əbülfəz Elçibəyin prezident seçkilərində Tovuz rayonunda səlahiyyətli nümayəndəsi olmuşdur. O 1992-ci ildə "Təhsil qanunu"nun hazırlanmasında və qəbul edilməsində fəal iştirak edib, onun təkmilləşməsinə və icrasına daimi töhfələr verib.

Məlahət Mürşüdülü 1992-ci ildən 2015-ci ilədək Müsavat partiyasının üzvü olmuş, Məclis üzvü seçilmiş, “Azadlıq ” blokunun vahid namizədi kimi 2005-ci ildə keçirilən parlament seçkilərində iştirak etmişdir.

Məlahət Mürşüdlü Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının yaradıcılarından biri, 2015-ci ildən Hərəkatın İdarə Heyətinin üzvü idi.

Məlahət xanım Azərbaycan pedaqoji fikir tarixinin öyrənilməsi, təbliği, təhsilin dünya təhsil sisteminə inteqrasiyası istiqamətində fəaliyyət göstərən tədqiqatçı-ekspert və fəal ictimaiyyətçi idi.

Allah rəhmət eləsin!

Son xəbərlər
Bütün xəbərlər »