Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda kafe, Ağcabədidə fərdi yaşayış evi yanıb
Bakıda kafe, Ağcabədidə fərdi yaşayış evi yanıb

Ağcabədi rayonunda fərdi yaşayış evində yanğın olub.

Bizimyol.info xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, ümumi sahəsi 110 m² olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin aynabəndinin və dam örtüyünün yanar konstruksiyaları 50 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

FHN-dən verilən məlumatda bildirilir ki, daha bir yanğın hadisəsi isə Bakı şəhərinin Xətai rayonunda qeydə alınıb.

Belə ki, ümumi sahəsi 80 m² olan birmərtəbəli mansarda tipli kafenin mansardasının yanar konstruksiyaları 80 m² sahədə yanıb.

Kafenin qalan hissəsi və yaxınlıqdakı ev yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Son xəbərlər
Bütün xəbərlər »