Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənilər Laçının 47 kəndini boşaldıb
Ermənilər Laçının 47 kəndini boşaldıb

Ermənilər Kəlbəcərin və Ağdamın arxasınca Laçını da təhvil verməyə hazırlaşır.

Dekabrın 1-də Azərbaycan daha bir rayonuna qovuşacaq.

Bizimyol.info xəbər verir ki, ermənilər Laçının 47 kəndini boşaldıb. Bu haqda “RİA Novosti”yə şəhər administrasiyasından məlumat verilib. Bildirildiyinə görə, hələ atəşkəs razılaşmasının ilk günlərindən kəndləri tərk etməyə başlayanlar olub.

Laçına rəhbərlik edən Narek Aleksanyan etiraf edib ki, insanlar çaşqınlıq içindədir. Onlar necə addım atacağını bilmir. Aleksanyan deyib ki, qalmaq istəyənlər də var: “Özləri qərar versinlər. Heç kim məcbur olunmur. Amma mən bir saat sonra nə baş verəcəyini deyə bilmərəm”.

Aleksanyan gedənlərin əşyalarını tam daşıdığını söyləyib. Kəndləri tərk edənlər əvvəlcə Xankəndinə yola düşüblər. Onsuz da getmək üçün başqa yol qalmayıb. Laçını tərk edənlərdən İrəvana üz tutanlar da var.

Son xəbərlər
Bütün xəbərlər »