Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Paşinyanın arvadının saç ustası ondan qızıllarını tələb edir
Paşinyanın arvadının saç ustası ondan qızıllarını tələb edir

Qarabağ məğlubiyyəti Nikol Paşinyanın Ermənistanda reytinqini xeyli aşağı salıb.

Onun istefasını tələb edənlərin sayı hər gün bir az da artır. Həyat yoldaşı Anna Akopyan da ona başqa problem yaradıb.

Bizimyol.info xəbər verir ki, Ermənistanın birinci ledisi dələduzluqda ittiham olunur. Akopyanın sosial şəbəkə yazılarının birinin rəy bölümündə ona qarşı ciddi ittiham yer alıb. Qadının keçmiş saç ustası və vizajisti Sofya Xudoyan ondan zinət əşyalarını və sifariş etdiyi paltarın pulunu ödəməyi tələb edib.

Anna Akopyan - Paşinyan Anna Akopyan

“Ayıbdır. Mənim rəyimi də silmə. Onsuz da səndə vicdan oyanmayana qədər təkrar-təkrar yazacağam”.

Sonradan vizajist özünün “Facebook” profilində hadisənin təfsilatını yazıb. Onun iddiasına görə, bir ildir Akopyanla əlaqə saxlaya bilmir. Birinci ledinin köməkçiləri Xudoyanı yaxına buraxmır. Vizajistin Akopyanın statuslarına yazdığı rəylər isə silinir.

Son xəbərlər
Bütün xəbərlər »