Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ədəbsiz səsləndiyinə görə sakinlər kəndin adını dəyişdi
Ədəbsiz səsləndiyinə görə sakinlər kəndin adını dəyişdi

Avstriyada Fukinq (Fucking) sakinləri illərdir kəndin adına görə əziyyət çəkirlər. Onları ələ salan çoxdur.

Çünki kəndin adı ingiliscə ədəbsiz ifadəyə işarə vurur.

Bizimyol.info xəbər verir ki, sakinlər kəndin adını dəyişmək qərarına gəliblər. Bundan sonra kommuna Fuqqinq (Fugging) adlanacaq.

Sakinlər daha bir problemlə üzləşirdi. Kəndin girişində ad yazılan lövhə tez-tez oğurlanırdı. Düzdür, turistlər bura ada görə xüsusi diqqət göstərirdi. Amma bundan sakinlərə də az zərər dəymir. Turistlərin və sosial media istifadəçilərinin lağa qoyması lap dözülməz olur.

Buranın əsası 6-cı əsrdə qoyulub. Kənd camaatı yaşayış yerinin formalaşmasında birbaşa rol oynamış lord Fokoya minnətdarlıq əlaməti olaraq bu adı seçib. Amma 2021-ci ildən kənd Fuqqinq kimi tanınacaq.

Paylaş »
››› "Azərbaycan hərbçiləri İrəvanda supermarketdə" - Ermənistanda həyəcan (Foto)
››› “Bu sürətlə vaksinasiyasını bitirmələri üçün 400 il vaxt lazımdır” - Açıqlama
››› "Əraziləri kimin 18 yaşlı oğlunun hesabına almaq istəyirsiniz?" - Vitse-spiker
››› Ermənistan mətbuatı Kremlin adamını "yaxaladı": "Açıq-aşkar depressiyaya düşüb"
››› Mübariz Mənsimovun bacısı: “Atam ölüm yatağında oğlunun yolunu gözləyir” - Video
››› “Şuşadan Ermənistana və onun havadarlarına xəbərdarlıq edildi”
››› Prezident İlham Əliyev Şuşaya yola düşüb - Video
Son xəbərlər
Bütün xəbərlər »