Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Lukaşenko yeni konstitusiyanın qəbulundan sonra prezident olmayacağını bildirib
Aleksandr Lukaşenko

Belarus Prezidenti Aleksandr Lukaşenko yeni konstitusiyanın qəbulundan sonra prezident olmayacağını bildirib.

APA-nın BelTA-ya istinadən verdiyi xəbərə görə, bu barədə A.Lukaşenko Minskdə 6 nömrəli klinik xəstəxananın heyəti ilə görüşü zamanı deyib.

“Mən özüm üçün konstitusiya hazırlamıram. Yeni konstitusiya ilə mən artıq sizinlə prezident kimi çalışmayacağam. Ona görə də sakit olun və səbrlə gözləyin”, - deyə Belarus Prezidenti vurğulayıb.

A. Lukaşenko qeyd edib ki, o, yeni konstitusiya qəbul edilərkən kiminsə bu prosesi saxtalaşdırmasına və ya qəbul olunacaq konstitusiya ilə yeni seçkilərin keçirilməsinə əsla icazə verilməyəcək: “Hətta bunun istədiyim kimi olmayacağını bilsəm də bu baş verəcək. Niyə? Çünki Belarus xalqı üzləşməli olduğu ilə üzləşməlidir. Bu indi müharibəsiz daha yaxşıdır, sonradan müharibə ilə bu baş verərsə, daha pisdir”.

Paylaş »
››› Rusiya Qarabağda Ermənistan ordusunu müharibəyə hazırlayır - Fotolar
››› Putinin mənzilində yaşayan şəxs: “Navalnı gəlmişdi” - Fotolar
››› “Ermənistan altı ölkə arasında qurulacaq əməkdaşlığa qoşula bilər”
››› 3 rayonda su kəsiləcək
››› “Bəsdir!” - Hikmət Hacıyevin “Atlantic Council”dəki nitqinə dair
››› Ramin Quluzadə nazir vəzifəsindən azad edilib
››› Tağı Əhmədov xəstəxanaya yerləşdirildi
Son xəbərlər
Bütün xəbərlər »